“Real Madrid”in qapıçısı zədələndiyi üçün heyətdən çıxarılıb

“Real Madrid”in qapıçısı zədələndiyi üçün heyətdən çıxarılıb

İspaniyanın "Real Madrid" komandasının qapıçısı Andriy Lunin ötən gün məşq zamanı zədələnib.

AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, 26 yaşlı əlcək sahibi bu gün La Liqanın 36-cı turunda “Malyorka” ilə keçiriləcək görüşü buraxacaq. Ukraynalı qolkiperin əvəzinə Fran Qonzales heyətə daxil edilib.

A.Lunin bu mövsüm “Real Madrid”in heyətində 12 oyunda meydana çıxıb.