Bu gün Türkiyə Kubokunun sahibi bəlli olacaq

Bu gün Türkiyə Kubokunun sahibi bəlli olacaq

Bu gün futbol üzrə Türkiyə Kubokunun qalibi bəlli olacaq.

AZƏRTAC xəbər verir ki, finalda “Trabzonspor” və “Qalatasaray” komandaları üz-üzə gələcək. Qaziantep şəhərində keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

Görüşü Cihan Aydın idarə edəcək.

Qara dəniz təmsilçisi kuboku qazanacağı halda növbəti il Avropa Liqasında mübarizə aparacaq.