Avarçəkmə üzrə “Prezident Kuboku” reqatasının rəsmi paradının vaxtı açıqlanıb

Avarçəkmə üzrə “Prezident Kuboku” reqatasının rəsmi paradının vaxtı açıqlanıb

Mingəçevir şəhəri Heydər Əliyev prospektində Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr edilən “Prezident Kuboku-2025” beynəlxalq reqatasının rəsmi paradı keçiriləcək.

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasından AZƏRTAC-a bildirilib ki, aprelin 29-da, saat 14:00-da başlayacaq paradda komandaların sıra ilə keçidi və təqdimatı baş tutacaq.

Rəsmi hissədən sonra müxtəlif rəqs və musiqi nömrələri təqdim ediləcək.

Qeyd edək ki, 20-dən artıq ölkədən 200-dən çox idmançının iştirak edəcəyi reqata aprelin 28-dən mayın 2-dək keçiriləcək.