Azərbaycan paralimpiyaçısı növbəti reytinq xallarını qazanıb

Azərbaycan paralimpiyaçısı növbəti reytinq xallarını qazanıb

Beynəlxalq Xizək və Snoubord Federasiyası (FIS) paradağ xizəyi idman növündə yenilənmiş reytinq cədvəlini açıqlayıb.

Milli Paralimpiya Komitəsindən AZƏRTAC-a bildirilib ki, aktivində 725.55 xal olan Azərbaycan paralimpiyaçısı Polad Rzayev daha 131.46 xal qazanaraq reytinq xallarını 594.09-a çatdırıb.

Qeyd edək ki, P.Rzayev son olaraq iştirak etdiyi Fransanın Auron şəhərində keçirilmiş FIS Paradağ xizəyi turnirinin həlledici mərhələsini 7-ci pillədə bitirib.