“Neftçi” Azərbaycan Kubokunun qalibi olmuş basketbolçu ilə vidalaşıb

“Neftçi” Azərbaycan Kubokunun qalibi olmuş basketbolçu ilə vidalaşıb

“Neftçi” basketbol komandası basketbolçusu Deancelo Stüartla vidalaşıb.

AZƏRTAC xəbər verir ki, ABŞ-dan olan oyunçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

O, ötən mövsüm “ağ-qaralar”ın heyətində Azərbaycan Kubokunun qalibi olub.