PSJ gənc futbolçusu ilə müqavilə müddətini uzadacaq

PSJ gənc futbolçusu ilə müqavilə müddətini uzadacaq

PSJ klubu futbolçusu Bredli Barkola ilə müqavilə müddətini uzadacaq.

AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, yeni sözləşmə 2030-cu ilə qədər nəzərdə tutulub. 22 yaşlı vingerin maaşı da artacaq.

Xatırladaq ki, Barkola 2023-cü ilin yayında “Lion”dan Paris klubuna keçib. Transfer Fransa nəhənginə 45 milyon avroya başa gəlib.