Xorvatiya millisinin və İspaniyanın “Real Madrid” komandasının futbolçusu Luka Modriç Uelsin “Sounsi Siti” klubunun sahibi olacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Tərəflər arasında danışıqlar müsbət nəticələnib, müqavilənin bütün detalları razılaşdırılıb. Rəsmi açıqlamanın tezliklə veriləcəyi gözlənilir.
Modriç Çempionşip təmsilçisinin yenidən Premyer Liqaya qayıtmasına kömək etmək niyyətindədir.