Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün UEFA Millətlər Liqasında ikinci oyununu keçirəcək.
AZƏRTAC xəbər verir ki, C Liqasının 4-cü qrupunda yer alan yığma Vilnüsdə Litva seçməsinin qonağı olacaq.
“Jalgiris” stadionunda təşkil olunacaq qarşılaşmanı Avstriyadan olan hakimlər briqadası idarə edəcək. Görüş Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.