Azərbaycanı Gimnaziadada 2 şahmatçı təmsil edəcək

Azərbaycanı Gimnaziadada 2 şahmatçı təmsil edəcək

Azərbaycanın iki şahmatçısı Serbiyanın Zlatibor şəhərində təşkil olunacaq Gimnaziada İdman Oyunlarında iştirak edəcək.

Şahmat Federasiyasından AZƏRTAC-a bildirilib ki, rapid və blits üzrə keçirilən yarışda Paşam Əlizadə və Məryəm Ağaverdiyeva mübarizə aparacaq.

Şahmatçılar səfərə məşqçi Nicat Məmmədovun rəhbərliyi altında yollanacaq.

Qeyd edək ki, gimnaziadada şahmat üzrə rapid yarışları aprelin 6-8-i aralığında, blits oyunları isə aprelin 10-da baş tutacaq.