Azərbaycanın futzal yığması Avropa çempionatının əsas mərhələsində ilk oyununu keçirib

Azərbaycanın futzal yığması Avropa çempionatının əsas mərhələsində ilk oyununu keçirib

19 yaşadək futzalçılardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının əsas mərhələsində ilk oyununu keçirib.

AZƏRTAC xəbər verir ki, 7-ci qrupda yer alan U-19 Xorvatiyanın Omiş şəhərində Bosniya və Herseqovinanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Ribnjak İdman Sarayında təşkil olunan görüş rəqibin 10:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, U-19 qrupda növbəti oyununu sabah Xorvatiya yığmasına qarşı keçirəcək. Matç Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.