AFFA Region Liqasında yeni mövsümün püşkü atılıb

AFFA Region Liqasında yeni mövsümün püşkü atılıb

AFFA Region Liqasında yeni mövsümün püşkü atılıb.

AZƏRTAC milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, liqanın oyunları 4 regionu əhatə edəcək - Paytaxt və Şimal, Mərkəz, Şimal-Qərb və Qərb, Cənub. Ümumilikdə 54 komandanın mübarizə aparacağı yarışda ilk oyunlar martın 8-9-da keçiriləcək. Mövsümə mayın sonlarında yekun vurulacaq.

Püşkün nəticəsinə uyğun olaraq, I turda keçiriləcək oyunların təqvimi aşağıdakı kimidir:

Paytaxt və Şimal zonası

A qrupu, I tur

ŞKGB – “Şirvanovka” FK

“Gənclər PFM – “Lokomotiv Baku”

“Ramana” FK – ATİDEL PFK

“Record Club” – “İnşaatçı” PİK

B qrupu, I tur

“Cəngi” FK – “City Baku” FK

“Xanlıq” – “Əmirli” FK

“Çinar Zəngilan” FK – “Dirçəliş” FK

C qrupu, I tur

“Mübariz” FA – “Xudat City” FA

“Bayıl Rovers” – “Qaradağ Şıxlar” FK

İCBFA – “Gənclik” İK

Mərkəz zonası

D qrupu, I tur

“Ümid” FK – “Marafon” İK

“Bahar” (Beyləqan) – “Avşar” FK

“Hacıqabul” – “Şirvan OİK”

E qrupu, I tur

“Araz” (İmişli) – “Sabirabad” FK

“Xankəndi” FK – “Lokomotiv İmişli”

“Şirvan” FK – Mil” FK

Cənub zonası

F qrupu, I tur

“Zəfər-44” – “Biləsuvar” FK

“Ərkivan” (Masallı) – “Salyan OİK”

“Qobustan” FK – “Masallı” PFK

“Lənkəran” FK – “Neftçala” FK

Şimal-Qərb və Qərb zonası

G qrupu, I tur

“Balakən” FK – “Tərtər” FK

“Bərdə” FK – “Kürmük” (Qax)

“Ağstafa Gəncləri” – “Xocalı” PFK

H qrupu, I tur

“Goranboy OİK” – “Naftalan” FK

“Qax” FK – “VT Gəncə”