Azərbaycan klubu amerikalı basketbolçunu transfer edib

Azərbaycan klubu amerikalı basketbolçunu transfer edib

“Gəncə” basketbol klubu heyətinə yeni oyunçu cəlb edib.

Qərb təmsilçisindən AZƏRTAC-a verilən məlumata görə, “Lənkəran”dan ayrılan Andre Ball “Gəncə”nin şərəfini qoruyacaq. Onunla mövsümün sonuna kimi müqavilə bağlanıb.

ABŞ-dan olan basketbolçu mərkəz oyunçusu mövqeyində çıxış edir. 206 santimetr boya malik oyunçu komandada 1 nömrəli formanı geyinəcək.