Misli Premyer Liqasında çıxış edən klub futbolçusu ilə müqaviləni yeniləyib

Misli Premyer Liqasında çıxış edən klub futbolçusu ilə müqaviləni yeniləyib

“Şamaxı” futbolçusu Edqar Adilxanovla müqaviləni yeniləyib.

Klubdan AZƏRTAC-a verilən məlumata görə, 19 yaşlı yarımmüdafiəçi ilə yeni sözləşmənin müddəti 2,5 ildir.

Xatırladaq ki, E.Adilxanov bu mövsüm Misli Premyer Liqasında 10 oyuna çıxıb, 2 qolla yadda qalıb.