“Fənərbağça”nın icarəyə verdiyi futbolçu geri qayıdıb

“Fənərbağça”nın icarəyə verdiyi futbolçu geri qayıdıb

Belçika “Vesterlo”sunda icarə əsasında çıxış edən Emir Ortakaya komandadan ayrılıb.

AZƏRTAC xəbər verir ki, 20 yaşlı futbolçu müqavilə əsasında məxsus olduğu Türkiyənin “Fənərbağça” klubuna qayıdıb.

Futbolçu mövsümün əvvəlində Belçika təmsilçisində qoşulmuşdu. O, ümumilikdə 5 matçda meydanda olub.