Avropa Kuboku: Azərbaycan həndbol komandası İslandiya klubu ilə üz-üzə gələcək

Avropa Kuboku: Azərbaycan həndbol komandası İslandiya klubu ilə üz-üzə gələcək

Kişi həndbolçulardan ibarət “Kür” komandasının Avropa Kubokunun III mərhələsindəki rəqibi bəlli olub.

AZƏRTAC xəbər verir ki, Mingəçevir təmsilçisi bu raundda İslandiyanın “Haukar” kollektivi ilə münasibətlərini aydınlaşdıracaq.

Azərbaycan klubu ilk oyununu səfərdə keçirəcək. Mərhələnin birinci matçları noyabrın 23-24-də, cavab görüşləri isə noyabrın 30-u və dekabrın 1-də təşkil olunacaq.

Qeyd edək ki, “Kür” II mərhələdə Kiprin “Parnassos Strovolu” komandasını mübarizədən kənarlaşdırıb.