“Barselona”nın sabiq basketbolçusunun adı şöhrət zalına daxil edilib

“Barselona”nın sabiq basketbolçusunun adı şöhrət zalına daxil edilib

Tanınmış amerikalı basketbolçu Odi Norrisin adı İspaniya Basketbol Federasiyasının (FEB) şöhrət zalına daxil edilib.

AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, bu qərar qurumun Sevilya şəhərində təşkil etdiyi tədbirdə təsdiqlənib.

O.Norris 1987-1993-cü illərdə çıxış etdiyi “Barselona”nın heyətində 9 kubok qazanıb.

Qeyd edək ki, veteran basketbolçu “Portlend Treyl Bleyzers” klubu ilə ABŞ-ın Milli Basketbol Assosiasiyasında (NBA) çıxış edib.