Milli Basketbol Assosiasiyasında yeni mövsümə iki oyunla start verilib

Milli Basketbol Assosiasiyasında yeni mövsümə iki oyunla start verilib

ABŞ-ın Milli Basketbol Assosiasiyasında (NBA) yeni mövsümə start verilib.

AZƏRTAC xəbər verir ki, Şərq Konfransında “Boston Seltiks” “Nyu-York Niks”ə 132:109 hesabı ilə qalib gəlib.

Qərb Konfransında isə “Los-Anceles Leykers” “Minnesota”nı məğlub edib - 110:103. Los-Anceles təmsilçisinin heyətində çıxış edən 39 yaşlı Lebron Ceyms ilə oğlu Bronni Ceyms (20 yaş) birlikdə bu görüşdə mübarizə aparıblar.