İmişlidə sərbəst güləş üzrə yeni məktəb istifadəyə verilib.
Azərbaycan Güləş Federasiyasından (AGF) AZƏRTAC-a verilən məlumata görə, tədbir iştirakçıları ölkədə güləşin inkişafında belə zalların açılmasının çox mühüm rol oynadığını qeyd ediblər.
Bildirilib ki, yeni məktəbin istifadəyə verilməsində məqsəd Azərbaycan güləşində kütləviliyə nail olmaqdır. Bu mənada regionlarda yeni güləş bölmələrinin açılması və infrastrukturun yaxşılaşdırılması prioritet təşkil edir.
Qeyd edək ki, iki dəst güləş xalçasıyla təmin edilmiş idman mərkəzində məşq üçün əlverişli şərait yaradılıb.