Yeni mövsümdə kişi voleybolçular arasında Yüksək Liqada çıxış edəcək “Xilasedici” komandası heyətini üç oyunçu ilə gücləndirib.
AZƏRTAC-ın əldə etdiyi məlumata görə, komanda serbiyalı Aleksandar Tumbas, rusiyalı Stanislav Rudnin və kubalı Qustavo Almoranın keçidini rəsmiləşdirib. Həmin voleybolçularla 1 illik müqavilə imzalanıb.
Bakı klubu daha əvvəl İvan Volodin, Aleksandr Popleteyev (hər ikisi Rusiya), Luis Rodriges (Kuba), Dmitri Baranov (Bolqarıstan) və Asif Əliyevi transfer edib.