Hacıqabulda qəza olub, xəsarət alanlar var

Hacıqabulda qəza olub, xəsarət alanlar var

Hacıqabul rayonu ərazisində dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun Meyniman kəndi ərazisində qeydə alınan qəza nəticəsində xəsarət alan Pərvin Səmədov, Niyazi Kərimov, Şəfa Məmmədova, Vəfa Məmmədova Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirlib. Faktla bağlı araşdırma aparılır.