İsmayıllıda bıçaqlanma zamanı 4 nəfər xəsarət alıb

İsmayıllıda bıçaqlanma zamanı 4 nəfər xəsarət alıb

İsmayıllıda şəxsi münasibətlər zəminində insident baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə gecə saatlarında rayonunun Talıstan kəndi ərazisində qeydə alınıb. İlkin məlumata görə hadisədə rayon sakinləri - 20, 18, 17 və 58 yaşlı şəxslərə müxtəlif dərəcəli bıçaq xəsarətləri yetirilib.

Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli, 23 yaşlı Elşən Babayev müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.