Paytaxtın Nizami və Səbail rayonları ərazisində yerləşən marketlərdən oğurluqlar edilib və nəticədə zərərçəkənlərə ümumilikdə 943 manat maddi ziyan vurulub.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluq əməllərini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar - 38 yaşlı Q.Məmmədov və 66 yaşlı M.Nəbiyev müəyyən olunaraq saxlanılıblar.
Araşdırmalar aparılır.