Narkotik vasitələr əkib-becərən Qəbələ sakini saxlanılıb

Narkotik vasitələr əkib-becərən Qəbələ sakini saxlanılıb

Narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yaxalanıb.

Daxili İşlər Nazirliyinin Şəki regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, həmin şəxs əvvəllər də analoji əmələ görə məhkum olunmuş 39 yaşlı Elnur Eyyubovdur.

Onun həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkib-becərdiyi müəyyən edilib. Həmin yerə baxış keçirilərkən dibçəklərdə çətənə kolları aşkar edilib.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə E.Eyyubov barəsində həbs qətimkan tədbiri seçilib.