Şəki sakinini təsərrüfatda işləyən zaman ilan sancıb.
AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, hadisə rayonun Baltalı kəndi ərazisindəki təsərrüfatlardan birində qeydə alınıb.
Ayağından ilan sancması diaqnozu ilə 31 yaşlı kənd sakini Sadiq İsmayılzadə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib və dərhal zərdab vurulub.
Həkimlər S.İsmayılzadənin həyatı təhlükəsinin olmadığını, müalicəsinin xəstəxanada davam etdirildiyini bildiriblər.