İki VAZ avtomobili toqquşdu - 4 nəfər yaralandı

İki VAZ avtomobili toqquşdu - 4 nəfər yaralandı

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, hadisə rayonun İbrahimhacılı kəndinin yaxınlığında qeydə alınıb. Hərəkətdə olan "VAZ 2106" ilə "VAZ 2107" markalı minik maşınları toqquşub. Qəza zamanı 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.