Dəmir yolu stansiyasında silah-sursat aşkarlanıb

Dəmir yolu stansiyasında silah-sursat aşkarlanıb

Qanunsuz saxlanılan odlu silahların polis əməkdaşları tərəfindən əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri növbəti tədbir nəticəsində İmişli rayonu ərazisində yerləşən dəmir yolu stansiyalarının birində bir tapança və 407 ədəd müxtəlifçaplı patron tapılaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.