Şabranda çayda batan iki nəfərin kimliyi müəyyənləşib

Şabranda çayda batan iki nəfərin kimliyi müəyyənləşib

Aprelin 16-da Şabrançayın Şabran rayonu, Xəlifələr kəndindən keçən hissəsində 2 nəfər batın. Onların kimliyi müəyyənləşib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 59 yaşlı Şirvan şəhər sakini Məmmədov Nurməmməd Qəhrəman oğlu və 63 yaşlı Salyan rayon sakini Nağıyev Etibar Hafiz oğlunun meyitləri FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Şabran rayon Prokurorluğunda araşdırma aparılır.