Şəkidə yanğın baş verib, 9 baş xırdabuynuzlu heyvan tələf olub

Şəkidə yanğın baş verib, 9 baş xırdabuynuzlu heyvan tələf olub

Şəkidə yanğın olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Oxud kəndində baş verib.

Yanğın kənd sakini Vaqif Həmidova məxsus 7 otaqdan ibarət yaşayış evində, tövlədə qeydə alınıb. Hadisədə 9 baş xırdabuynuzlu heyvan tələf olub.

Yanğının başvermə səbəbləri araşdırılır.