Prezident Nəriman Həsənzadəni “Heydər Əliyev” ordeni ilə təltif edib

Prezident Nəriman Həsənzadəni “Heydər Əliyev” ordeni ilə təltif edib

Xalq şairi Nəriman Həsənzadə “Heydər Əliyev” ordeni ilə təltif edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, o, Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətlərinə görə təltif olunub.