Agentlik: IX sinif şagirdlərinin yerdəyişməsi dayandırılır

Agentlik: IX sinif şagirdlərinin yerdəyişməsi dayandırılır

Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq, IX sinif şagirdlərinin yerdəyişməsi martın 5-i saat 18:00-da dayandırılacaq və tədris ilinin sonuna qədər aktiv edilməyəcək.

Bu barədə AZƏRTAC-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Qeyd edək ki, şagirdlərin elektron yerdəyişməsi prosesi sy.edu.az elektron sistemi vasitəsilə həyata keçirilir.