BDU ilə Türkiyənin Haliç Universiteti arasında “Erasmus” mübadilə protokolu imzalanıb

BDU ilə Türkiyənin Haliç Universiteti arasında “Erasmus” mübadilə protokolu imzalanıb

Bakı Dövlət Universiteti (BDU) ilə Türkiyənin Haliç Universiteti arasında “Erasmus” mübadilə protokolu imzalanıb.

BDU-dan AZƏRTAC-a bildirilib ki, protokolda tələbələrin, akademik və inzibati heyətin qarşılıqlı mübadiləsi öz əksini tapıb.

Sənədi rektorlar Elçin Babayev və Nihat İnanç imzalayıblar.

Haliç Universitetinin əsası 1998-ci ildə qoyulub. Universitetdə 8 fakültə, 1 peşə məktəbi, 4 kollec və 1 institut fəaliyyət göstərir, 17 mindən çox tələbə təhsil alır.