Qarabağ Universitetinin tələbələri proqramlaşdırma üzrə beynəlxalq müsabiqənin finalına vəsiqə qazanıblar

Qarabağ Universitetinin tələbələri proqramlaşdırma üzrə beynəlxalq müsabiqənin finalına vəsiqə qazanıblar

Qarabağ Universitetinin tələbələri Proqramlaşdırma üzrə Beynəlxalq Tələbə Müsabiqəsinin (ICPC) Azərbaycan regional mərhələsində uğurla çıxış edərək 1/4 final mərhələsinə vəsiqə qazanıblar.

Universitetdən AZƏRTAC-a bildirilib ki, oktyabrın 27-si Bakı Mühəndislik Universitetində keçiriləcək 1/4 final mərhələsində Qarabağ Universitetini 3 komanda təmsil edəcək.

Qeyd edək ki, oktyabrın 13-də onlayn formada keçirilən müsabiqədə Azərbaycanın 23 ali təhsil müəssisəsindən 174 komanda iştirak edib. Komandalara 5 saat ərzində 14 alqoritmik məsələni “C”, “C++”, “Java” və ya “Python” proqramlaşdırma dillərində həll etmək tapşırığı verilib. Qiymətləndirmə avtomatlaşdırılmış qaydada aparılıb.