İcma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili ilə bağlı qrant müsabiqəsinə sənəd qəbulu başa çatır

İcma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili ilə bağlı qrant müsabiqəsinə sənəd qəbulu başa çatır

Elm və Təhsil Nazirliyinin elan etdiyi “2024–2025-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” üzrə qrant müsabiqəsinə sənəd qəbulu bu gün başa çatır.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, qrant müsabiqəsində iştirak üçün sənədlərin qəbulu alternativxidmet@edu.gov.az elektron poçt ünvanı vasitəsilə aparılır.

Müsabiqə barədə ətraflı məlumatla elan vasitəsilə tanış olmaq mümkündür.