Naxçıvanın məktəbəqədər təhsil müəssisələrində diaqnostik qiymətləndirmə aparılır

Naxçıvanın məktəbəqədər təhsil müəssisələrində diaqnostik qiymətləndirmə aparılır

Bu gün Naxçıvanda ilk dəfə olaraq ölkə üzrə mərkəzləşmiş qaydada məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan tərbiyəçi-müəllim və metodistlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması üçün diaqnostik qiymətləndirmə aparılır.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə yaradılan İmtahan Mərkəzində keçirilən diaqnostik qiymətləndirmənin ilk seansında məktəbəqədər təhsil müəssisələrindən 160 tərbiyəçi-müəllim iştirak edir. Bu gün ümumilikdə iki seansda keçiriləcək qiymətləndirmədə 300-ə yaxın tərbiyəçi-müəllimin iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən pedaqoji heyətlə diaqnostik qiymətləndirməyə dair maarifləndirici görüşlər keçirilib, onlayn formada 2 sınaq qiymətləndirmə və seminarlar təşkil olunub.