İcma əsaslı məktəbəqədər təhsil xidmətləri ilə bağlı qrant müsabiqəsinə sənəd qəbulu davam edir

İcma əsaslı məktəbəqədər təhsil xidmətləri ilə bağlı qrant müsabiqəsinə sənəd qəbulu davam edir

Elm və Təhsil Nazirliyi tərəfindən elan edilən “2024–2025-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” üzrə qrant müsabiqəsinə sənəd qəbulu oktyabrın 22-dək davam edəcək.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, qrant müsabiqəsində iştirak üçün sənədlərin qəbulu alternativxidmet@edu.gov.az elektron poçt ünvanı vasitəsilə aparılır.

Müsabiqə ilə bağlı ətraflı məlumatı elan vasitəsilə əldə etmək olar.