BDU-da Bilik Günü münasibətilə kitab sərgisi hazırlanıb

BDU-da Bilik Günü münasibətilə kitab sərgisi hazırlanıb

Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanası tərəfindən 15 sentyabr - Bilik Günü münasibətilə kitab sərgisi hazırlanıb.

Universitetdən Yeniazerbaycan.com-a verilən məlumata görə, sərgidə Azərbaycanın təhsil sistemi, elm və təhsil tarixi, təhsilin inkişaf strategiyası və digər mövzularda 100-ə yaxın kitab nümayiş olunur.