Danimarka hökuməti Ukraynaya bir milyard avro yardım paketini parlamentə təqdim edəcək.
Xarici KİV-lər xəbər verir ki, bu barədə Danimarkanın baş naziri Mette Frederiksen bildirib.
Məlumata görə, yardım paketi dekabrın 14-də parlamentə təqdim olunacaq.
Sənədə PUA və tanklar da daxildir.
Xatırladaq ki, Ukrayna lideri Osloda Şimali Avropa ölkələrinin liderləri ilə görüşür.