“Vaqner” bölmələri Voroneji tərk edir

“Vaqner” bölmələri Voroneji tərk edir

"Vaqner" Xüsusi Hərbi Şirkətinin bölmələri vilayətin ərazisini tərk edir”.

TASS xəbər verir ki, bu barədə Voronej vilayətinin qubernatoru Aleksandr Qusev sosial şəbəkələrdə məlumat verib.

"Vaqner” bölmələrinin Voronej vilayətinin ərazisindən hərəkəti başa çatır”, - o yazıb.

Qusev əlavə edib ki, yerli hakimiyyət orqanları yekun qərardan sonra məhdudiyyətləri aradan qaldıracaq: "Həm bu, həm də dəymiş zərərin aradan qaldırılması və kompensasiya edilməsi üçün görəcəyimiz tədbirlər barədə əlavə məlumat veriləcək", - qubernator vurğulayıb.