Çində 6,1 bal gücündə zəlzələ olub

Çində 6,1 bal gücündə zəlzələ olub

Çində zəlzələ baş verib.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Sincan-Uyğur Muxtar Bölgəsində baş verən zəlzələ 6,1 bal gücündə qeydə alınıb.

Zəlzələnin episentri 260 min insanın yaşadığı Aral şəhərindən 106 kilometr cənub-şərqdə yerləşib.

Yeraltı təkanlar yerin 33 kilometr dərinliyində olub.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.