Ərdəbildə 30 şagird dəm qazından zəhərlənib.
Bunu Ərdəbil vilayəti Tibb Elmləri Universitetinin rektoru Əli Məhəmmədian Ərdi deyib.
Onun sözlərinə görə, dərhal məktəbə 4 təcili yardım maşını və avtobus göndərilib. Hazırda şagirdlər xəstəxanalara köçürülürlər.
Faktla bağlı araşdırma aparılır.