Kanadanın Toronto şəhəri ətrafında baş verən atışma nəticəsində azı 5 nəfər ölüb.
Məlumatı yerli polis idarəsi yayıb.
Bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən yeganə şəxs də ölənlər arasındadır.
Hadisənin səbəbi hələ məlum deyil və araşdırma aparılır.