Filippində 7,3 bal gücündə zəlzələ baş verib

Filippində 7,3 bal gücündə zəlzələ baş verib

Filippinin Luson adasında 7,3 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, bu barədə ölkənin Vulkanologiya və Seysmologiya İnstitutundan bildiriblər.

Məlumata əsasən, zəlzələnin episentri Laqanqilanq bələdiyyəsindən (Abra əyaləti) 2 km şimal-şərqdə, ocağı isə 25 kilometr dərinlikdə yerləşib.

Mütəxəssislər ərazidə təkrar zəlzələlərin və dağıntıların olacağını istisna etməyiblər. Xəsarət alanlar və dağıntılar barədə hazırda məlumat verilməyib.