Hindistanda qadın prezident seçilib

Hindistanda qadın prezident seçilib

Hindistanda keçirilən prezident seçkilərində Draupadi Murmu qalib gəlib.

"Report" TASS-a istinadən xəbər verir ki, hakim Hindistan Xalq Partiyasının rəhbərlik etdiyi Milli Demokratik Alyansın namizədi Draupadi Murmu Hindistanın yeni 15-ci prezidenti olub.

Səslərin sayılması hələ də davam edir, lakin Murmu üç turdan sonra səslərin 50%-dən çoxunu qazanıb.