Ərdoğan Putinlə Tehranda görüşəcək

Ərdoğan Putinlə Tehranda görüşəcək

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyip Ərdoğan arasında danışıqlar iyulun 19-da Tehranda keçiriləcək.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

O, həmçinin İran prezidenti İbrahim Rəisi və Türkiyə prezidenti Ərdoğan ilə üçtərəfli görüşün keçiriləcəyini də söyləyib.