İsrailin Rahat şəhərində baş verən atışma nəticəsində azı 5 nəfər yaralanıb.
“Report” xəbər verir ki, bu barədə “Times of Israel” polisə istinadən məlumat yayıb.
Məlumata görə, hadisə cümə günü baş verib. Bir neçə şübhəli kafeyə soxulub və hamıya atəş açıb. Zərərçəkənlərin hamısı xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyəti ağırdır, qalanları isə orta-ağır xəsarətlər alıb.
Qəzet yazıb ki, polis dörd şübhəlini saxlayıb.