“Sülh çeşməsi” əməliyyatının aparıldığı əraziyə girmək istəyən 10 terrorçu zərərsizləşdirilib

“Sülh çeşməsi” əməliyyatının aparıldığı əraziyə girmək istəyən 10 terrorçu zərərsizləşdirilib

Türkiyə Silahlı Qüvvələri Suriyanın Tel Abyad bölgəsində 10 PKK/YPG terrorçusunu zərərsizləşdirib.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda terrorçuların “Sülh çeşməsi” antiterror əməliyyatının aparıldığı əraziyə girmək istədikləri qeyd olunub.