Daha üç terrorçu Türkiyə təhlükəsizlik qüvvələrinə təslim olub

Daha üç terrorçu Türkiyə təhlükəsizlik qüvvələrinə təslim olub

Türkiyəyə qarşı fəaliyyət göstərən terror təşkilatlarının sıralarından qaçaraq təslim olanların sayı artmaqda davam edir. İraqın şimalındakı düşərgədən iki, Suriyadan isə bir terrorçu qaçaraq Türkiyənin təhlükəsizlik qüvvələrinə sığınıb.

AZƏRTAC Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, İraqdan qaçan iki PKK terrorçusu Silopidə, Suriyanın şimalından qaçan bir PKK/YPG mənsublu terrorçu isə Nusaybində təslim olub.