Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) internet saytında yerləşdirilən məlumatda dünyada koronavirusa yoluxma halları ilə əlaqədar statistik məlumatlar öz əksini tapıb. Xarici KİV xəbər verir ki, dünyada 93 ölkəyə yayılan koronavirusa 98 min 876 nəfər yoluxub, indiyədək 3390 nəfər koronavirusdan ölüb, virusa yoluxanlardan 55 min 812 nəfər isə sağalıb. Bildirilib ki, koronavirusun kütləvi yayıldığı ölkələr Çin, İran, Cənubi Koreya və İtaliyadır.
Beynəlxalq mətbuat isə ÜST ilə Dünya Bankının koronavirusa qarşı mübarizədə ölkələrə yardım göstərəcəklərini yazıb.