1963-cü il yanvarın 22-də Parisdə Almaniya kansleri Konrad Adenauer və Fransa prezidenti Şarl de Qoll tərəfindən imzalanan Yelisey müqaviləsinin yenilənməsi gündəmdədir. Ekspertlər qeyd edirlər ki, bu müqavilənin yenilənməsi təkcə iki ölkə arasında münasibətlərin inkişafına təsir etməyəcək, eyni zamanda, Avropada yeni təhlükəsizlik və əməkdaşlıq mühiti formalaşdıracaq. İctimai-siyasi, iqtisadi və texnoloji sahələri əhatə edəcək müqavilənin məqsədi Avropa və beynəlxalq səviyyədə əhəmiyyətli olan mövzulara dair birgə mövqenin formalaşdırılmasıdır.
Ekspertlər qeyd edirlər ki, yeni Yelisey müqaviləsi Avropada iqtisadi və siyasi əməkdaşlığın intensiv xarakter almasına təsir edə bilər. Lakin əsas məsələ müqavilədə bütün Avropanın strateji maraqlarının nəzərə alınmasıdır.