“Associated Press” yazır ki, yanvarın 23-dən 26-dək dünyanın diqqəti yenidən İsveçrənin Davos şəhərində olacaq. Önəmli ümumi maraqlar üzrə beynəlxalq əməkdaşlığın təsdiqlənməsi yollarının axtarışına həsr ediləcək forumun əsas mövzuları beynəlxalq təhlükəsizlik, ətraf mühit və qlobal iqtisadiyyata aid olacaq. Dünya İqtisadi Forumunda Afrikadan 10, Yaxın Şərq ölkələri və Şimalı Afrikadan 9, Latın Amerikası ölkələrindən 6 hökumət və dövlət başçısı iştirak edəcək.